Keçmiş məhkum əməlindən əl çəkmədi | Qadının qisasının dəhşətli sonu
Yeniliklərdən dərhal xəbərdar olun
Evlənmək istəməyən sevgilisini qətlə yetirən qadına hökm oxunub.
Hadisə Ramana qəsəbəsi, 12-ci mədən, ev 43-də qeydə alınıb.
İstintaqla müəyyən edilib ki, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunan, şərti adı Günel Məmmədova 2024-cü il mayın 30-da qeyri-rəsmi münasibətdə olduğu, şərti adı Vüsal Qasımova münasibətlərini rəsmiləşdirib nikaha daxil olmaq istədiyini söyləyib. Vüsal Qasımov bu təklifə biganə yanaşaraq onunla vaxtını keçirdiyini bildirib.
Qadın rədd cavabını özünə qarşı təhqir kimi qəbul edib. Aralarında baş vermiş mübahisə zamanı əvvəl əlbəyaxa olublar. Sonra fiziki cəhətdən daha güclü olduğunu görən Günel Məmmədova qəzəblənərək qisas məqsədilə masada olan bıçağı götürüb, döş qəfəsinin sol yarısına bir dəfə zərbə endirərək onu öldürüb.
Daha sonra “102” xidmətinə zəng edib, birlikdə yaşadığı insanı bıçaqla vurub öldürdüyünü bildirib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi əsas götürülərək 10 il müddətinə azadlıqdan məhrum olunub.
#Ramana qəsəbəsi teqi istifadə olunub
- "Atırlar bir-birinin boynuna, həyət-baca su içindədir" | Ramana sakinləri çıxılmaz durumda - Baku TV
- Gözləri yolda qalan sərnişinlər | 162 nömrəli marşrutda nə baş verir? - Baku TV
- "12 bıçaq zərbəsi vurub" | Dəhşət: 17 yaşlı oğlan anasına niyə hücum çəkdi? - Baku TV
- Bakıda qandonduran hadisə | 17 yaşlı oğlan bıçaqla anasına hücum etdi? - Baku TV CANLI
- "Həbsdən çıxdığı gün dedilər ki..." | Ramanadakı qandonduran qətlin detalları - Baku TV
