Keçmiş məhkum "Whatsapp"da aldığı narkotik və "Kalaşnikov"a görə saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Göyçay polisi qeyri-leqal yollarla ölkəyə gətirilən külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin qanunsuz dövriyyəyə buraxılmasının qarşısını alıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər də məhkum edilən Masallı rayon sakini 29 yaşlı Elməddin Rzayev saxlanılıb.
Onun üzərində olan bağlamadan 4 kiloqram 625 qram qurudulmuş marixuana, 1 kiloqram həşiş, 2 kiloqram 255 qram tiryək, 386 ədəd psixotrop tərkibli həblər, eləcə də “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 30 ədəd patron aşkar edilərək götürülüb.
Araşdırma zamanı saxlanılan şəxsin narkotik vasitələri və odlu silahı “WhatsApp” vasitəsilə əlaqə yaratdığı İran vətəndaşından onlayn yolla aldığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb.
#Göyçay teqi istifadə olunub
- "Soruşan yoxdur ki, satırsınız?" | Nar bağlarındakı xəstəlik səbəbi nədir? - Baku TV
- Məşhur Göyçay narını xəstəlik vurdu: bu il nar tapmaq çətin olacaq? - Baku TV CANLI
- Göyçayda güclü yanğın | 3 ailənin yaşadığı ev külə döndü - Baku TV
- Göyçayda dəhşətli yanğın | Ev sahibinə 100 mindən çox ziyan dəydi - Baku TV CANLI
- “Övladlarımız hər an təhlükədədir” | Sakinlər təşvişdə | “Yaxşı ki, heç kəsin başına...” - Baku TV
