Kəlbəcərdə baş verən bədbəxt hadisə hərbçinin ölümü ilə nəticələndi - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Kəlbəcər rayonu, Ömər aşırımı ərazisində xidməti vəzifələrini yerinə yetirərkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Rəcəb Mənsimli və İlyas Osmanov bölgənin qarlı və buzlu olması səbəbindən yıxılaraq dərəyə düşüblər.
Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
Müxtəlif bədən xəsarətləri alaraq yaralanan İlyas Osmanova dərhal ilk yardım göstərilərək yaxınlıqdakı tibb müəssisəsinə təxliyə olunub, vəziyyəti stabildir.
"Təəssüflə bildiririk ki, aldığı xəsarətlər nəticəsində Rəcəb Mənsimlinin həyatını xilas etmək mümkün olmayıb. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verir, yaralı hərbi qulluqçuya şəfa diləyir", – deyə Nazirliyin məlumatında vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.
#Azərbaycan Respublikasının Müdafiə Nazirliyi teqi istifadə olunub
- Helikopter heyətinin imkan və qabiliyyətləri yüksək qiymət aldı - Baku TV
- Bakıda keçirilən NATO təlimi başa çatdı | Hərbi qulluqçuların hazırlığı qiymətləndirildi - Baku TV
- Azərbaycan və NATO arasında növbəti təlim mərhələsi yekunlaşdı - Baku TV CANLI
- Azərbaycan və BƏƏ-nin hərbi təlimləri başladı | Müdafiə Nazirliyindən vacib məlumat - Baku TV CANLI
- Azərbaycanda NATO standartları əsasında hərbi hazırlıq gücləndirilir - Baku TV CANLI
