Pleyeri seçin:

Kiberpolis Bakıda “Xbet” və “MostBet”ə qarşı əməliyyat keçirdi - Baku TV

10 avqust 2026 401 baxış

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən qanunsuz dövriyyəsi 10 milyon manat olan daha bir onlayn mərc şəbəkəsi ifşa edilib.

Bu barədə DİN məlumat yayıb.

Bildirilib ki, kiberpolisin həyata keçirdiyi tədbirlərlə saxlanılan Zaur Nərimanov və qardaşı Fuad Nərimanovun rəhbərliyi ilə ölkə ərazisində fəaliyyəti qadağan olunmuş "Xbet" və "MostBet" platformaları üzərindən vətəndaşların qanunsuz mərc oyunlarına cəlb edildiyi müəyyən olunub.

Həmin şəxslər "Telegram" platformasında yaratdıqları "AzeCash" səhifəsi vasitəsilə qanunsuz onlayn mərc və kazino oyunları təşkil ediblər. Təqsirləndirilən şəxslər paytaxtın Xətai rayonu ərazisində mənzil icarəyə götürərək həmin ünvanda işçilər yerləşdirib, onları qanunsuz fəaliyyət üçün zəruri olan texniki vasitələr, bank kartları və mobil telefonlarla təmin ediblər.

Əməliyyat tədbirlərinin davamı olaraq Zaur və Fuad Nərimanovlarla cinayət əlaqəsi yaratmaqda şübhəli bilinən dəstənin digər üzvləri – Orxan Hüseynov, Zaur Şirinov və Emin Məmmədovun da saxlanılmaları təmin edilib.

İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvləri "Xbet" və "MostBet" platformaları vasitəsilə əldə etdikləri külli miqdarda pul vəsaitini müxtəlif yollarla leqallaşdırıblar. Onların qanunsuz mərc və qumar oyunlarının təşkili yolu ilə ümumilikdə 10 milyon manat həcmində qanunsuz maliyyə dövriyyəsi həyata keçirdikləri müəyyən olunub.

Faktla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Zaur və Fuad Nərimanovlara, eləcə də digər təqsirləndirilən şəxslərə ittiham elan edilib. Məhkəmənin qərarı ilə onlar barəsində həbs, həmçinin digər növdən olan qətimkan tədbirləri seçilib.

Banner
“Elə burada 100-dən çox adamı...” | Şəkidə küçə iti 4 yaşlı uşağa dəhşət yaşatdı - Baku TV

“Elə burada 100-dən çox adamı...” | Şəkidə küçə iti 4 yaşlı uşağa dəhşət yaşatdı - Baku TV

Hadisə
22 noyabr 2026 401 baxış
Şəkidə bazarın yaxınlığında it hücumu: 4 yaşlı qız xəstəxanaya aparıldı - Baku TV CANLI

Şəkidə bazarın yaxınlığında it hücumu: 4 yaşlı qız xəstəxanaya aparıldı - Baku TV CANLI

Hadisə
22 noyabr 2026 401 baxış
Sumqayıtda avtomobil səkidə hərəkət edən piyadanı xəstəxanalıq edib - Baku TV

Sumqayıtda avtomobil səkidə hərəkət edən piyadanı xəstəxanalıq edib - Baku TV

Hadisə
22 noyabr 2026 401 baxış
“Öldüyünü iki saat sonra xəbər verdilər” | Gənc ana faciəvi şəkildə həyatını itirdi - Baku TV

“Öldüyünü iki saat sonra xəbər verdilər” | Gənc ana faciəvi şəkildə həyatını itirdi - Baku TV

Hadisə
21 noyabr 2026 401 baxış
Şəmkirdə gənc ananın ölümü ilə bağlı hadisənin təfərrüatları - Baku TV CANLI

Şəmkirdə gənc ananın ölümü ilə bağlı hadisənin təfərrüatları - Baku TV CANLI

Hadisə
21 noyabr 2026 401 baxış
Xalq rəssamı Cahangir Rüstəmovun oğlu vəfat edib

Xalq rəssamı Cahangir Rüstəmovun oğlu vəfat edib

Hadisə
21 noyabr 2026 401 baxış
Bakıda meyiti aşkarlanan şəxsin kimliyi müəyyən edilib - Baku TV CANLI

Bakıda meyiti aşkarlanan şəxsin kimliyi müəyyən edilib - Baku TV CANLI

Hadisə
21 noyabr 2026 401 baxış
Yasamalda evdən meyit tapıldı | Cahangir Rüstəmovun oğlunun ölümü ilə bağlı təcili xəbər - Baku TV

Yasamalda evdən meyit tapıldı | Cahangir Rüstəmovun oğlunun ölümü ilə bağlı təcili xəbər - Baku TV

Hadisə
21 noyabr 2026 401 baxış
Orxan Kəngərli narkotik tərkibli həbləri kimlərə satıb? - Əməliyyatın detalları - Baku TV

Orxan Kəngərli narkotik tərkibli həbləri kimlərə satıb? - Əməliyyatın detalları - Baku TV

Hadisə
21 noyabr 2026 401 baxış
Mingəçevirdə mənzildən kişi meyiti tapılıb | Hadisənin səbəbləri araşdırılır - Baku TV

Mingəçevirdə mənzildən kişi meyiti tapılıb | Hadisənin səbəbləri araşdırılır - Baku TV

Hadisə
21 noyabr 2026 401 baxış
Seçilmişlər
icon