Kişi keçmiş arvadını küçədə güllələdi | "Şamaxinka"da dəhşətli hadisə - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Nəsimi rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Məlumata görə, Zaur Qəhrəmanov keçmiş həyat yoldaşı Amalya Qəhrəmanovanın işlədiyi aptekə gəlib. Məqsədi övladını görmək olub. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Zaur Qəhrəmanov ov tüfəngi ilə atəş açaraq keçmiş həyat yoldaşını qətlə yetirib. Daha sonra həmin silahla özünə də xəsarət yetirib. Zaur Qəhrəmanov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Baş vermiş hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 9 iyul saat 16:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, “Şamaxinka” ərazisindən çağırış daxil olub:
“Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən bir nəfər müştərək travma diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.
Qeyd edək ki, təcili tibbi yardım briqadası tərəfindən bir nəfər qadın cinsli şəxsin hadisə yerində həkimə qədər ölüm faktı qeydə alınıb. Cinayəti törətməkdə şübhəli bilinən 43 yaşlı Zaur Qəhrəmanov, güllələnən qadın isə 44 yaşlı Amalya Qəhrəmanovadır.
Faktla bağlı araşdırma aparılır.
#Nəsimi rayonu teqi istifadə olunub
- "Kimsə sağ qala bilər?!" | Nəsimidə “göydən daş yağır?” | “Dedi, niyə narahat edirsiniz?!” - Baku TV
- Bakıda sakinləri qorxuya salan hadisə baş verdi - Baku TV CANLI
- Təmir işləri niyə dərslər başlayan kimi yada düşür? - Nəsimidə xaotik vəziyyət - Baku TV
- Yollarda təmir başladı, tıxac artdı | Nəsimi rayonunda sakinlər çətin durumda - Baku TV
- Asfalt örtüyü çəkdilər, amma xətlər yoxdur | Təhlükəli mənzərənin səbəbi nədir? - Baku TV CANLI
