Kürdə ikisi qardaş olmaqla üç gənc boğuldu
Yeniliklərdən dərhal xəbərdar olun
Sərinləmək üçün Kür çayında çimən 3 yeniyetmə boğularaq həyatlarını itiriblər.
Neftçalanın Beşdəli kənd sakinləri 16 yaşlı Siyasət Əhmədov, onun 18 yaşlı qardaşı Elşən Əhmədov və həmyaşıdı Teymur Məlikov Kürün Cəngən kənd ərazisindən keçən hissəsində çimərkən ehtiyatsızlıq nəticəsində boğulublar.
Hadisənin baş verdiyi yerə Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri cəlb edilib. Hər 3 şəxsin meyiti çayın dərinliyindən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib və kənd qəbirstanlığında dəfn olunub.
Qeyd edək ki, bu il orta məktəbdən məzun olan Elşən Əhmədov və qardaşı Siyasət Əhmədov ailədə 2 övlad olublar. Teymur Məlikov isə hərbi kursant, müdavim idi.
Hadisə ilə bağlı Neftçala rayon prokurorluğda araşdırma aparılır.
#Neftçala teqi istifadə olunub
- Neftçalada DOST filialı fəaliyyətə başlayıb - Baku TV
- Xəzər dənizinə nərə cinsli balıq körpələri buraxılıb - Baku TV
- Yeniyetmə qardaşlar yol qəzasında həyatını itirdi - 24 SAAT
- Neftçalada bayram sevinci kədərə çevrilən ailə faciəsi - Baku TV
- “Ərim yoxdur, özüm doğrayıram, o da...” | Bu sakinlər görün necə acınacaqlı halda yaşayır - Baku TV
