Kürdəmirdə ağır qəza, ölən və xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun 179-cu kilometrliyində, rayonun Muğanlı kənd ərazisindən keçən hissəsində qeydə alınıb.
Laçın rayon sakini Eldəniz Sevdimalıyev idarə etdiyi “KİA” markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni yolda hərəkət edən Ağsu rayon sakini Müşfiq Quliyevin idarə etdiyi “KamAZ” markalı yük maşınına çırpılıb.
Nəticədə minik maşınının sürücüsü 38 yaşlı Eldəniz Sevdimalıyev, onun sərnişinləri 27 yaşlı Bakı sakini İlkin Məmmədov və Zaqatala sakini Məhrubə Mahmudova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Avtomobildə olan digər sərnişin, sürücünün anası Bəsdi Sevdimalıyeva isə hadisə yerində dünyasını dəyişib.
Yaralılar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.
Qeyd edək ki, qəzaya düşən ailə Bərdə rayonundan hüzr yerindən gəlirlərmiş. Faktla bağlı araşdırma aparılır.
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV
- Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
