Pleyeri seçin:
Kürdəmirdə ağır qəza: yaralananlar var
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə ağır qəza baş verib. Hadisə nəticəsində bir ailənin üç üzvü yaralanıb.
Qəza Bakı-Qazax yolunun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes”in sürücüsü Gəncə istiqamətində hərəkətdə olarkən yol kənarındakı dirəyə çırpılıb. Nəticədə avtomobili idarə edən 31 yaşlı Rəna Vəliyeva, onun övladları 11 yaşlı Sevgi Vəliyeva və 10 yaşlı Əli Vəliyev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım avtomobili vasitəsilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Azyaşlıların vəziyyəti ağır olduğundan onlar Bakıdakı xəstəxanalardan birinə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Kürdəmir teqi istifadə olunub
- Kürdəmirdə magistral su xəttinin partlaması 6 kəndi susuz qoydu - Baku TV
- Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV
- Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürdü - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
