Kürdəmirdə dəhşətli qəza baş verdi | Hadisə yerindən görüntülər
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Qazax istiqamətində hərəkətdə olan “Mercedes” markalı minik maşını ilə “Muravey” markalı motosiklet toqquşub.
Nəticədə 6 nəfər – Bakı şəhər sakinləri, 1993-cü il təvəllüdlü Nərmin Əsəd qızı Bədəlova, 1971-ci il təvəllüdlü Solmaz Əkbər qızı Rzayeva, 2023-cü il təvəllüdlü Səidə Əhməd qızı Bədəlova, 1991-ci il təvəllüdlü Sahib Əhməd oğlu Bədəlov, Kürdəmir rayon sakinləri, 1990-cı il təvəllüdlü Turan Mürşüd oğlu Mirzəyev və 1983-cü il təvəllüdlü Əlvan Əkbər oğlu Cəfərov xəsarətlər alıb. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
#Yol qəzası teqi istifadə olunub
- İsmayıllıda faciəvi qəzanın detalları | Bir nəfər ölüb, iki nəfər xəsarət alıb - Baku TV
- İsmayıllıda minik avtomobili ilə yük avtomobili toqquşub: ölən və yaralananlar var - Baku TV CANLI
- Kürdəmirdə yolda yuxuluyan sürücünün hərəkəti faciəyə səbəb oldu - Baku TV CANLI
- Abşeronda dəhşətli yol qəzası baş verdi | 2 nəfər həyatını itirdi - Baku TV
- Bakıda avtomobilin vurduğu azyaşlının həyatını yol polisi əməkdaşları necə xilas etdi? - Baku TV
