Pleyeri seçin:

Kuryer "bariqa" saxlanıldı | Polisdən Bakıda əməliyyat

25 dekabr 2023 541 baxış

Narkotik maddələrin taksi və kuryer xidmətləri adı altında qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri əməliyyat zamanı kuryer xidmətlərindən birinin işçisi, paytaxt sakini Elvin Mustafayev narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanılıb.

Onun üzərindən və idarə etdiyi motosikletdən 5 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş qurudulmuş marixuana aşkar edilib.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyat zamanı paytaxt ərazisində taksi fəaliyyəti ilə məşğul olan Suraxanı rayon sakini Rəşad Salmanov da saxlanılıb. Onun üzərindən və Bülbülə qəsəbəsindəki mənzilindən 21 kiloqram, o cümlədən 15 kiloqram heroin, 3 kiloqram metamfetamin, 3 kiloqram marixuana və narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkar edilib.

E.Mustafayev və R.Salmanov onlardan aşkar olunan narkotikləri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə Qaradağ və Binəqədi rayonları ərazilərində gizlədilən yerlərdən ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Daha bir azərbaycanlı dronun qurbanı oldu - ANA XƏBƏR

Daha bir azərbaycanlı dronun qurbanı oldu - ANA XƏBƏR

Hadisə
02 oktyabr 2026 541 baxış
“Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV

“Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV

Hadisə
02 oktyabr 2026 541 baxış
Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI

Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI

Hadisə
02 oktyabr 2026 541 baxış
Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI

Xəstəxanaya düşən 20-dən çox şagirdlə bağlı təcili məlumat - Baku TV CANLI

Hadisə
02 oktyabr 2026 541 baxış
Sumqayıt məktəbində kütləvi zəhərlənmə | Şagirdlər təcili xəstəxanaya çatdırıldı - Baku TV

Sumqayıt məktəbində kütləvi zəhərlənmə | Şagirdlər təcili xəstəxanaya çatdırıldı - Baku TV

Hadisə
02 oktyabr 2026 541 baxış
"Hamilə vaxtı döydü, uşaq öldü" | Məşhur rəqqas Nicat barədə şok | “Atası dedi ki, arvadını öldür”

"Hamilə vaxtı döydü, uşaq öldü" | Məşhur rəqqas Nicat barədə şok | “Atası dedi ki, arvadını öldür”

Hadisə
02 oktyabr 2026 541 baxış
Coratda kişi 31 yaşlı arvadını amansızlıqla öldürdü - Baku TV CANLI

Coratda kişi 31 yaşlı arvadını amansızlıqla öldürdü - Baku TV CANLI

Hadisə
02 oktyabr 2026 541 baxış
Cəlilabadda evi külən dönən ailə çarəsiz durumda - Baku TV CANLI

Cəlilabadda evi külən dönən ailə çarəsiz durumda - Baku TV CANLI

Hadisə
02 oktyabr 2026 541 baxış
Cəlilabadda fərdi yaşayış evində yanğın olub | "Bir dənə canımız salamatdır" - Baku TV

Cəlilabadda fərdi yaşayış evində yanğın olub | "Bir dənə canımız salamatdır" - Baku TV

Hadisə
02 oktyabr 2026 541 baxış
Coratda ailə faciəsi | Qadın yoldaşı tərəfindən öldürüldü - Baku TV

Coratda ailə faciəsi | Qadın yoldaşı tərəfindən öldürüldü - Baku TV

Hadisə
02 oktyabr 2026 541 baxış
Seçilmişlər
icon