Laçında evin girişində mina partladı
Yeniliklərdən dərhal xəbərdar olun
Laçında bir nəfərin xəsarət alması ilə nəticələnən mina partlayışı yaşayış evinin girişində olub. Minatəmizləmə Agentliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə aprelin 13-də Laçın rayonunun Sus kəndi ərazisində qeydə alınıb.
“Aparılan araşdırma zamanı hadisənin tərk edilmiş məskunlaşma ərazisində, yaşayış evinin girişində baş verdiyi məlum olub. Ermənistan tərəfinin heç bir hərbi əhəmiyyət daşımayan ərazilərin mina və digər partlayıcı sursatlarla qəsdən çirkləndirilməsi mina terrorunun bariz nümunəsidir”, – deyə məlumatda bildirilib.
Qeyd edilib ki, müharibədən sonrakı dövrdə mina partlayışından xəsarət alan 290 vətəndaşımızdan 142 nəfəri məhz belə ərazilərdə qeydə alınan hadisə nəticəsində həlak olub və ya xəsarətlər alıb.
#Laçın teqi istifadə olunub
- Üç qurum Laçındakı mina partlayışı barədə birgə məlumat yaydı - Baku TV CANLI
- Azərbaycan mədəniyyətinin təbliği məqsədilə Laçında xeyriyyə konserti təşkil olundu - Baku TV
- Qısqanclıq faciəyə çevrildi | Təqsirləndirilən qardaşa ağır cəza - Baku TV
- "Şükürlər olsun ki, övladım burada oxuyur" | Bilik Günü Laçında coşqu ilə qeyd olunur - Baku TV
- Laçında dəhşətli hadisə | Müğənninin qətli ilə bağlı qandonduran iddialar - Baku TV CANLI
