Pleyeri seçin:
Lənkəranda ağır qəza: bir nəfər həyatını itirib, yeddi yaralı var
Lənkəranda baş verən qəzada polis nəfəri dünyasını dəyişib, 2-si azyaşlı olmaqla 7 nəfər xəsarət alıb.
Ağır yol-nəqliyyat hadisəsi axşam saatlarında yeni Ələt-Astara magistralının Lənkəranın Boladi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Elman Süleymanovun idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobil Astara istiqamətində hərəkətdə olarkən yoldan çıxaraq kanala düşüb.
Qəza nəticəsində sürücü E.Süleymanov hadisə yerində dünyasını dəyişib. Lənkəran Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Acil şöbəsinə 2-si kişi, 3-ü qadın, 2-si azyaşlı olmaqla 7 nəfər yaralı daxil olub. Onlara ilkin tibbi yardım göstərilib və xəstəxananın müvafiq şöbələrinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Lənkəran teqi istifadə olunub
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
- Lənkəranda ağaclar aşdı, sakinlər çətin durumda qaldı - Baku TV CANLI
- Lənkəranda yol problemi | Biləsər kəndinin sakinlərinin narazılığı nə vaxt həll olunacaq? - Baku TV
- "Vəziyyətimiz çox ağırdır" | Kəndə verilən su niyə istifadəyə yararsız vəziyyətdədir? - Baku TV
- Uşaq xəstəxanalıq oldu, ana isə dedi ki... | Lənkəranda dəhşətə gətirən hadisə - Baku TV
