Pleyeri seçin:
Lənkəranda dəhşətli qəza | Avtomobil vuran piyada dünyasını dəyişdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda baş verən qəzada piyada qadın ölüb. Hadisə Girdəni kəndində qeydə alınıb.
34 yaşlı Nemət Tağıyev idarə etdiyi “Opel” markalı minik avtomobili ilə 38 yaşlı Ramilə Məmmədovanı vurub. Sürücü yaralı qadını öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Buna baxmayaraq, qadının xəsarətləri ağır olduğundan həkiməqədər ölüm faktı qeydə alınıb.
Lənkəranın Digah kəndində yaşayan Ramilə Məmmədova həmin vaxt ata evinə qonaq gedirmiş.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
