Lənkəranda direktorun müəmmalı ölümü | Qurumdan hadisə ilə bağlı açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranın Həbib Səfərov adına Kərgəlan kənd məktəbinin direktoru Heybət İsmayılovun 18 müəllimin sertifikasiyadan kəsilməsi səbəbindən vəfat etməsi ilə bağlı təfərrüat məlum olub.
Məktəbin kollektivi direktorlarının səhhətində, əsasən də ürəyində problemlərin olduğunu bildiriblər.
“Son zamanlarda səhhəti ilə bağlı problemlər yaşayırdı. Ağrıları olurdu, tez-tez ürəyindən şikayətlənirdi”, – direktor müavini Elduzə Böyükağayeva qeyd edib.
Direktorun sertifikasiyadan kəsilən müəllimlərə görə vəfat etməsinə Lənkəran Astara Regional Təhsil İdarəsindən bildirilib ki, sosial şəbəkələrdə H.İsmayılovun vəfat səbəbləri haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Heybət İsmayılov uzun illər məktəb direktoru vəzifəsində çalışıb. Direktor olduğu müddətdə məktəb, kənd ictimaiyyəti arasında böyük nüfuza, hörmətə sahib olub. Son dövrlərdə səhhətində problemlər yaranıb. Məhz bu səbəbdən 10 iyun 2024-cü il tarixində, axşam saatlarında dünyasını dəyişib”.
Qeyd edək ki, sertifikasiya imtahanı iyunun 8-i keçirilib, direktor isə iyunun 10-u həyatını itirib. Sertifikasiya imtahanına məktəbin 12 müəllimi qatılıb, onlardan 2-si imtahandan keçib.
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
