Pleyeri seçin:
Lənkəranda körpünün altından kişi meyiti tapılıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda iki gündür itkin düşən kişinin meyiti tapılıb. Hadisə rayonun Osaküçə kəndində baş verib.
Ailə üzvləri Arzu Mirzəyev barəsində məlumat ala bilməyiblər. Onlar bununla əlaqədar polis şöbəsinə müraciət ediblər.
Axtarışlar zamanı onun meyiti yaxınları tərəfindən fevralın 2-də kənddəki körpünün altında aşkarlanıb. Həyatını itirən şəxsin çay kənarında gəzərkən ayağının sürüşdüyü və suya düşdüyü ehtimal edilir.
Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.
Qeyd edək ki, həyatını itirən Arzu Mirzəyev Osaküçə kənd ərazi icra nümayəndəsinin qardaşıdır.
Faktla bağlı araşdırma aparılır.
Kopyalandı
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
