Lənkəranda kütləvi zəhərlənmə
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda kütləvi zəhərlənmə olub. Hadisə rayonun dağ kəndi olan Bəlitonda baş verib.
Ev şəraitində təşkil olunan Arzuman Ağayevin qızının nişan və ad günü məclisinə 30-a yaxın qonaq dəvət olunub. Süfrədəki təamların qəbulundan sonra qonaqlar özlərini pis hiss ediblər. Onlardan 17 nəfəri ağır vəziyyətdə təcili tibbi yardım maşınları ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəstələrə ilkin tibbi yardım göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər.
Zəhərlənənlərdən 1-i kişi, 7-si qadın, 9-u uşaqdır. Hazırda 10 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Hadisə ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi hərəkətə keçib. Qurum nümayəndələri hadisənin baş verdiyi evə gedərək qida qalıqlarından nümunələr götürüb laboratoriyaya göndəriblər.
Faktla bağlı Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
