Lənkəranda tələbə dənizdə boğularaq həyatını itirdi
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda dənizdə batmaq üzrə olan 3 nəfərdən 2-si xilas edilib, 1 nəfərin isə meyiti tapılıb.
Lənkəranın Sütəmurdov kəndində dənizdə 3 nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub. Dərhal əraziyə xilasedicilər cəlb olunub.
Görülən tədbirlər nəticəsində Lerik rayon Ambu kənd sakinləri – 16 yaşlı Asiman Quluzadə və 22 yaşlı Sadiq Rufullayev xilas edilib. Vəziyyəti ağır olan Sadiq Rufullayev Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona müvafiq ilkin tibbi yardım göstərilib. Lerikin Bırkandul kənd sakini İsa Əliyevin isə həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, ölən şəxs Lənkəran Dövlət Universitetinin 1-ci kurs tələbəsi olub. Faktla bağlı araşdırma aparılır.
#Lənkəran teqi istifadə olunub
- Dron hücumunun qurbanı olan Lənkəran sakini dəfn olundu - Baku TV
- Lənkəranda dəhşətli hadisə | Ana və övladı bıçaqlandı - 24 SAAT
- “Qızımı izləyib, blokda vurub, oğlunu da...” | Qandonduran hadisə | “Uşağı 3-4 yerdən...” - Baku TV
- Lənkəranda dəhşətə gətirən hadisə | Gənc ana və oğlu bıçaqlandı - Baku TV CANLI
- “Xeyli ziyan vurdu bizə” | Lənkəranda dolu və güclü külək ağır fəsadlar törətdi - Baku TV
