Masallıda hərbçilər qəzaya düşdü
Yeniliklərdən dərhal xəbərdar olun
Masallı rayonunun Binə Xocavar kəndi ərazisində baş verən yol qəzasında 7 nəfər xəsarət alıb. Onlardan ikisi azyaşlı, 3 nəfər isə hərbçilərdir.
Hadisə zamanı rayonun Çaxırlı kənd sakini Kamal Təhməzovun və Balakən rayon sakini Nicat İsmayılovun idarə etdiyi “Mersedes” markalı avtomobillər toqquşub.
Nəticədə 7 nəfər – 23 yaşlı Heydərli İsmət Qalib oğlu, 26 yaşlı İsmayılov Nicat Əhmədullah oğlu, 22 yaşlı Hüseynova Zeynəb Vüqar qızı, 41 yaşlı Təhməzov Kamal Orucəli oğlu, 33 yaşlı Ağayeva Zeynəb Zakir qızı, 3 yaşlı Təhməzli Gülnur Kamal qızı və 1 yaşlı Təhməzli Kamil Kamal oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hazırda vəziyyətləri stabildir.
Qeyd edək ki, avtoqəzada xəsarət alan Kamal Təhməzov Yardımlı rayon təhsil idarəsinin sektor müdiridir. Digər yaralılar arasında onun ailə üzvləri də var.
#Masallı teqi istifadə olunub
- Masallıda sakinlər pay torpaqlarının saxta sənədlərlə satıldığını iddia edirlər - Baku TV
- Ərkivanda 200 illik sirli əmanət və cehizlə başlayan böyük sərvət - KƏNDİNƏ QAYIT
- Kimya dərsi şagird üçün xəstəxanada bitdi - 24 SAAT
- “Sıçrayıb uşağımın üstünə, şərləyirlər ki...” | Məktəbdə qorxunc hadisə: günahkar kimdir? - Baku TV
- Şagird zədələndi, valideyn müəllimi günahlandırdı | Məktəbdə nə baş verdi? - Baku TV CANLI
