Masazırda yaşayış kompleksində yanğın | FHN hadisə yerində
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş-93” yaşayış kompleksində yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülüb.
Nəticədə altımərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 60 kvadratmetr olan ikiotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 12 kvadratmetr sahədə yanıb. Təhlükəsizlik tədbirləri çərçivəsində beşi azyaşlı olmaqla 62 nəfər bina sakini təxliyə edilib. Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
#Yanğın hadisəsi teqi istifadə olunub
- Uşaq əyləncə mərkəzində yanğın | FHN-dən hadisə ilə bağlı məlumat - Baku TV
- FHN Xırdalandakı hadisə ilə bağlı məlumat yaydı
- "Çox zəhmətkeş gəlin idi" | Tovuzdakı yanğının arxasında nə var? - Baku TV
- “Yazıq balalar...” | Xətaidəki faciənin detalları | “Düşüb üstünə, yorğanın tükü boğub...” - Baku TV
- Yevlaxdakı yanğında alovlar arasında qalan sakinlərin taleyi necə oldu? - Baku TV CANLI
