Pleyeri seçin:
Maşın dərəyə aşdı, içindəki insanlar isə... | Hadisə yerindən dəhşətli görüntülər
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Naxçıvanda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Naxçıvan-Sədərək magistralının Püsyan kəndi (Şərur rayonu) ərazisində qeydə alınıb.
Yüksək sürətlə hərəkət edən 68-BD-567 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində xəsarət alan 1976-cı il təvəllüdlü Şərur rayonu, Düdəngə kənd sakini Əliyev Hicran Musa oğlu, Şərur rayonu, Cəlilkənd sakini Şirəliyeva Surna İsa qızı (1949), Cəlilkənd sakini Hüseynova Roza İsa qızı (1954), Düdəngə kənd sakini Şirəliyeva Könül Mirismayıl qızı (1978) və Şirəliyev Ümid Hicran oğlu (2001) xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.
Kopyalandı
