Məktəblilər arasındakı mübahisə faciə ilə sonlandı | DİN-dən açıqlama
Gəncədə yeniyetmələr arasında bıçaqlanma hadisəsi olub.
Belə ki, 21 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi 8-ci sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən verilən məlumata görə, hadisə dərsdən sonra məktəbdənkənar ərazidə baş verib.
“Xəsarət alan şagirdin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən izlənilir. Qeyd olunanlarla yanaşı, stresin idarə olunması, sağlam psixoloji mühitin bərpasını təmin etmək üçün məktəb rəhbərliyinə şagirdlər və pedaqoji heyətlə maarifləndirici söhbətlərin aparılması tapşırılıb”, – deyə məlumatda qeyd olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:
“Hadisəni törədən şəxsin kimliyi müəyyən edilib istintaqa təhvil verildikdən sonra əlavə məlumat veriləcək”.
#Gəncə teqi istifadə olunub
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
- Gəncədəki tükürpərdən qətllə bağlı qonşular hər şeyi danışdı - Baku TV CANLI
- 36 yaşlı Röyalı atası öldürdü? | Gəncədə dəhşət | Qonşular hər şeyi danışdı - Baku TV
- Bu gün Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür - Baku TV
- Narkotik dövriyyəsinin təşkilində şübhəli bilinən şəxslər həbs edildi - Baku TV CANLI
