Mingəçevirdə ağır qəza | Ölən və yaralananlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə minik avtomobili mikroavtobusla toqquşub.
Ağır qəza zamanı 1 qadın ölüb, 7 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisə şəhərin Samux küçəsində baş verib.
Dəhşətli qəza zamanı 35 yaşlı Yasəmən Həbliyeva hadisə yerində həyatını itirib. Onun 4 yaşlı övladının vəziyyəti ağır olaraq qiymətləndirilir.
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından bildirilib ki, 4 yaşlı uşaq qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi, üzün çoxsaylı sıyrılmış yaraları ilə daxil olmuş, ilkin tibbi yardım, müayinələrdən sonra Reanimasiya şöbəsinə qəbul olunmuşdur. Digər xəstələr isə hazırda kafi vəziyyətdə Acil şöbəsindədir.
Qeyd edək ki, qəza zamanı həyatını itirən qadın həyat yoldaşı və 4 yaşlı övladı ilə birgə Bakıdan Mingəçevirə qayıdırmış. Hadisənin başvermə səbəbləri araşdırılır.
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
- Mingəçevirin müəllimlər massivində sakinləri narazı salan nədir? - Baku TV CANLI
