Mingəçevirdə Kürdə batan yeniyetmənin meyiti sudan çıxarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Dostları ilə gəzməyə gedən yeniyetmə Kür çayında boğulub.
Bədbəxt hadisə çayın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində baş verib.
15 yaşlı Muhamməd Məmmədli suya düşüb çimmək istəyərkən batıb. Onunla birlikdə Kür çayına düşən daha bir nəfəri isə ərazidəki mühafizəçi xilas edib.
Çayda boğulan yeniyetmənin meyitini Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sudan çıxarıb.
2008-ci il təvəllüdlü Muhamməd Məmmədli Mingəçevir şəhər 14 saylı orta məktəbin 9-cu sinif şagirdi olub. Ailədə 2 oğul övladından böyüyü olan Muhammədin üzmək bacarığı olmayıb. Evdən çıxarkən atasına uşaqlarla gəzməyə getmək istədiyini deyib. Bir müddət sonra isə ailəsi onun çayda boğulma xəbərini alıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
- Mingəçevirin müəllimlər massivində sakinləri narazı salan nədir? - Baku TV CANLI
