Mingəçevirdə qandonduran hadisə | Ata ilə oğul arasında mübahisə qanla bitdi
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə oğul atasını qətlə yetirib.
Dəhşətli hadisə şəhərin Sahil küçəsində qeydə alınıb.
Vüsal Nəbiyev atası Heydər Nəbiyevi yaşadıqları evdə döyərək qətlə yetirib. Ata ilə oğul arasında yaranan mübahisə sonda ölümlə nəticələnib.
Məlumata görə, mərhum 3 oğul atası olub. Onun iki övladı Yevlaxın kəndlərində, hadisəni törədən Vüsal Nəbiyev isə ailəsindən boşanaraq atası ilə birgə yaşayırmış.
Hadisə ilə bağlı Mingəçevir Prokurorluğu da məlumat yayıb. Bildirilib ki, oktyabrın 12-də saat 13 radələrində Mingəçevir şəhəri, Sahil küçəsi ünvanında 1960-cı il təvəllüdlü Heydər Nəbiyevin üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1992-ci il təvəllüdlü Vüsal Nəbiyevin oktyabrın 11-də axşam saatlarında atası Heydər Nəbiyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun aldığı xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Vüsal Nəbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
- Mingəçevirin müəllimlər massivində sakinləri narazı salan nədir? - Baku TV CANLI
