Mingəçevirdə yaşlı kişi itlərin hücumuna məruz qaldı
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə itlər 74 yaşlı kişiyə hücum edib.
Hadisə şəhər sakini Zülfüqar Mustafayev parkda idman edərkən baş verib.
Ayaq nahiyəsindən xəsarət alan sakin Mingəçevir Şəhər Xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən bildirilib ki, şəhər küçələrində sahibsiz itlərə demək olar ki, az rast gəlinir. Çünki bir neçə aydır ki, onlar küçələrdən toplanaraq insanlar üçün təhlükəsiz ərazilərə aparılıb:
“Şəhərdə az sayda rast gəlinən itlər isə sahibsiz deyil, sahibi olan itlərdir. Onların məsuliyyətsizliyi ucbatından bəzən bu itlər fərdi təsərrüfatlardan çıxaraq şəhər küçələrində gəzirlər”.
İdarədən o da bildirilib ki, şəhər ərazisində müasir it sığınacağının inşa edilməsi üçün hazırlıq işləri görülür.
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
- Mingəçevirin müəllimlər massivində sakinləri narazı salan nədir? - Baku TV CANLI
