Pleyeri seçin:

MN-in sabiq əməkdaşı 42 milyon mənimsəmədə təqsirləndirilib

30 iyul 2025 610 baxış

Müdafiə Nazirliyinin mülki əməkdaşı olmuş Zahid Niftəliyevin 42 milyon manatlıq mənimsəmədə ittiham olunması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işinin məhkəmə araşdırması yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrlik etdiyi son iclasda hökm elan edilərək sonuncu cinayət işinə görə Zahid Niftəliyəv 9 il, əvvəlki cəzasının çəkilməmiş hissəsi birləşdirilməklə qəti olaraq 12 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət alma ittihamı ilə həbs edilib. Tərtər Hərbi Məhkəməsi onun əməlini tövsif edərək şərti cəza verib. Azadlığa buraxıldıqdan sonra o, DTX-nin İstintaq baş idarəsi tərəfindən həbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi dövlət ittihamçısının Tərtər Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən, Zahid Niftəliyev vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hazırda DTX-də istintaqı yekunlaşdırılmış iş üzrə hərbçilər arasında “Şlyapa Zahid” ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq “AtaBank” ASC-dən götürülmüş 42 milyon manat krediti ödəməməkdə təqsirləndirilir.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədilə şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yə saxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub.

O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank” ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib. Xüsusilə külli miqdarda mənimsəmə cinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-də cinayət işi ayrılıb.

Banner
Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Sahilyanı ölkələr narazıdır: Qara dəniz yeni gərginlik mərkəzinə çevrilir? - Baku TV CANLI

Hadisə
02 noyabr 2026 610 baxış
Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Nizami rayonunda fəaliyyət göstərməyən kombinatda yanğın olub - Baku TV

Hadisə
01 noyabr 2026 610 baxış
"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

"Qızıl Qaya"da kütləvi zəhərlənmə | Zərərçəkənlər nələr danışdı? - Baku TV

Hadisə
01 noyabr 2026 610 baxış
Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Faciə: 42 yaşlı kişinin müəmmalı sonu | “Allaha and olsun, həmişə deyirdim ki...” - Baku TV

Hadisə
31 oktyabr 2026 610 baxış
Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Mingəçevirdə qanlı hadisə | 42 yaşlı kişini canından edən nə oldu? - Baku TV CANLI

Hadisə
31 oktyabr 2026 610 baxış
“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

“Bilmirəm ki, zəlzələ oldu, yoxsa...” | Əsrlərin yadigarı olan Abdallar kahası niyə çöküb? - Baku TV

Hadisə
31 oktyabr 2026 610 baxış
Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Astarada sürüşmə nəticəsində istinad divarı uçub | "Bizə vəd etdi ki, təmir edərik…" - Baku TV

Hadisə
31 oktyabr 2026 610 baxış
Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Astarada sel fəlakət törətdi | Sakinlər qorxu içində - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 610 baxış
Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Pirşağıda baş verən qanlı hadisənin təfərrüatları məhkəmədə açıqlanıb - Baku TV CANLI

Hadisə
30 oktyabr 2026 610 baxış
Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Mehmanxanada hansı nöqsanlar aşkarlandı? | FHN tədbir gördü - ƏSAS XƏBƏR

Hadisə
30 oktyabr 2026 610 baxış
Seçilmişlər
icon