Pleyeri seçin:

Moskvada azərbaycanlı ər və arvadın ölümünün səbəbi nədir?

24 fevral 2026 690 baxış

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı ər-arvadın faciəvi ölümü ilə bağlı detallar məlum olub.

Fevralın 16-da Yeni Moskvada azərbaycanlı ər-arvad binadan yıxılaraq ölüblər. Faciənin ehtimal olunan səbəbi ailədaxili münaqişə və mümkün boşanma ilə bağlı gərginlik kimi göstərilir.

Rusiya mediasının məlumatına görə, faciənin ehtimal olunan səbəbi qarşıdan gələn boşanma olub.

Məlumata əsasən, azərbaycanəsilli, lakin Rusiya vətəndaşlığı olan 41 yaşlı kişi və 38 yaşlı həyat yoldaşı üç qız övladı ilə birlikdə 2023-cü ildə Xantı-Mansi Muxtar Dairəsinin Beloyarski şəhərindən Moskva vilayətinə köçüblər.

Onlar Kommunarka rayonunda 25 illik ipoteka ilə üçotaqlı mənzil alıblar. Beloyarskidə ailənin iki mağazası olub və biznesləri yaxşı gedirmiş. Buna görə yaşayış yerlərini dəyişmək qərarına gəliblər. Yeni evlərinin yaxınlığında kirayə obyekt götürərək alt paltarı və ev geyimləri mağazası açıblar. Lakin sonradan biznesin gəlirinin aşağı olmasından şikayət ediblər və yaxın zamanda mağazanı satmağı planlaşdırıblar.

Bundan əlavə, ailə başçısı ciddi xəstəlikdən əziyyət çəkirmiş. O, yaxın zamanda müalicə üçün sanatoriyadan qayıdıbmış.

Bununla belə, bəzi məlumatlara görə, hadisənin səbəbi başqa ola bilər. Son həftələr ailədə gərginlik hökm sürüb: mümkün boşanma və uşaqların kiminlə qalacağı məsələsi müzakirə olunurmuş.

Ehtimal olunur ki, hadisə günü növbəti mübahisə baş verib. İlkin məlumata görə, əvvəlcə qadın həlak olub, ardınca isə kişi. Hadisə yerinə fövqəladə xidmət əməkdaşlarını təsadüfi yoldan keçənlər çağırıblar.

Banner
Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Qazaxda məktəbli həmkəndlisini kürəyindən bıçaqlayaraq xəstəxanalıq etdi - Baku TV CANLI

Hadisə
05 noyabr 2026 690 baxış
Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Ailə faciəsinin arxasında nə dayanır? | Özünə də atəş açan şəxsin məhkəmə prosesi - Baku TV

Hadisə
05 noyabr 2026 690 baxış
Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Qazaxda mübahisə qanla bitdi | Səməd Vurğunun qohumu niyə bıçaqlandı? - Baku TV

Hadisə
05 noyabr 2026 690 baxış
Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Goranboyda bədbəxt hadisə | Şəhid anasının ölüm səbəbi nədir? - Baku TV

Hadisə
05 noyabr 2026 690 baxış
“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

“Elə ağılsız, qansız biri deyildi” | Qorxunc hadisə: 88 yaşlı qadın niyə canından oldu? - Baku TV

Hadisə
04 noyabr 2026 690 baxış
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 690 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 690 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 690 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 690 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 690 baxış
Seçilmişlər
icon