Pleyeri seçin:

“Müəllimin adına söz çıxarmışdılar ki...” | Kürdəmirdəki məktəbdə nə baş verib?

13 noyabr 2025 569 baxış

Kürdəmir rayonunun Beyi kənd məktəbində insident yaşanıb.

Kənd sakini Hacı Alcanov iddia edir ki, təhsil ocağında bir sıra problemlər var və o buna görə övladlarını məktəbə göndərmir.

“Məktəbə gedib gördüm ki, iki sinfi bir-birinə qatıblar. Buna etiraz etdim. İşə polis qarışdı, beş sutka həbs olundum. Hazırda üç övladım məktəbə getmir. Olanlara görə peşman deyiləm, uşaqlarımın haqqını tələb edirəm”, – deyə o əlavə edib.

Məsələ ilə bağlı sözügedən məktəbdən bildirilib ki, sentyabrın 16-da təhsil müəssisəsinə yaxınlaşan vətəndaş etiraz edib. Məktəb rəhbərliyi tərəfindən vətəndaşa Nazirlər Kabinetinin şagird sayı az olan siniflərin komplektləşdirilməsi ilə bağlı qaydaları izah edilib. Bununla razılaşmayan valideyn xoşagəlməz ifadələrlə təlim-tədris prosesinə maneçilik törədib, pedaqoji kollektivin nüfuzunu aşağı salacaq müxtəlif ittihamlar səsləndirib.

Təhsil müəssisəsinin kollektivinin yazılı müraciəti əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və vətəndaşın səsləndirdiyi iddialar təsdiqini tapmayıb.

Kürdəmir Rayon Məhkəməsinin qərarı ilə vətəndaş 2025-ci ilin oktyabrın 29-da beş gün müddətinə həbs edilib. Məktəb rəhbərliyi tərəfindən valideynlə mütəmadi olaraq əlaqə saxlanılır, övladlarının dərsə davamiyyətinin təmin olunması istiqamətində maarifləndirici söhbətlər aparılır.

Kopyalandı
Banner
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 569 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 569 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 569 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 569 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 569 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 569 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 569 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 569 baxış
Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Hadisə
27 oktyabr 2026 569 baxış
Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Hadisə
27 oktyabr 2026 569 baxış
Seçilmişlər
icon