Müəllimlərdən rüşvət aldığı deyilən direktorla bağlı araşdırma başladıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Kütləvi İnformasiya Vasitələrində Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə görüntüləri əks etdirən məlumat yayımlanıb.
Mərkəzi Aran Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məsələ ilə bağlı yoxlama aparılıb.
“Mərkəzi Aran Regional Təhsil İdarəsi tərəfindən 13-14 noyabr 2023-cü il tarixlərində Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə təlim-tədris prosesində baş vermiş neqativ hallarla bağlı yoxlama aparılıb.
Sözügedən məsələ ilə bağlı yanaşı olaraq Mingəçevir şəhər prokurorluğu, həmçinin Maliyyə Nazirliyi yanında Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən yoxlamalara başlanılıb.
Aparılmış yoxlamaların nəticələrinə və eləcə də Mingəçevir şəhər prokurorluğunun şifahi məlumatına əsasən, Mingəçevir şəhər prokurorluğunda cinayət işi açılıb və hazırda iş üzrə istintaq davam edir. Araşdırmanın nəticəsi bitdikdən sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq addımlar atılacaq”, – məlumatda bildirilib.
#Mingəçevir teqi istifadə olunub
- Mingəçevirdə energetikanın inkişafı və gələcək layihələr müzakirə olunub - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Kollecin tələbəsi bıçaqlandı - Baku TV
- Mingəçevirdə dəhşətli hadisə | Bağçanın həyətində 39 yaşlı qadını əri bıçaqladı - Baku TV
- “Bircə o qalıb ki, evimizi uçuraq” | Mingəçevir sakinlərindən sərt etiraz - Baku TV
- Mingəçevirin müəllimlər massivində sakinləri narazı salan nədir? - Baku TV CANLI
