Narkoşəbəkə üzvləri ələ keçdi | İfadələrində etiraf etdilər ki...
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.
Növbəti tədbirlərlə daha bir narkotik şəbəkəsinin üzvləri, əvvəllər məhkum olunmuşlar – Xaliq Hüseynzadə, Seymur Məmmədli və tanışı Elşən Qəniyev saxlanılıblar.
Onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən 35 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və heroin aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs qətimkan tədbirləri seçilib. X.Hüseynzadə, S.Məmmədli və E.Qəniyevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Xətaidə baş verən hadisə ilə bağlı istintaq davam edir | DİN-dən vacib məlumat - Baku TV
- Bakıda ölümlə nəticələnən kütləvi davanın yeni təfərrüatları məlum olub - Baku TV CANLI
- Bakıdakı kütləvi davanın pərdəarxası: Görüş faciəyə çevrildi - Baku TV
- Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV
- Epilepsiyalı övladını əməliyyat etdirmək istədi, dələduz qurbanı oldu | 22 minlik fırıldaq iddiası
