Pleyeri seçin:

Nata bilib evə çağırdığı qadın kişi çıxdı, bıçaqlayaraq öldürdü - SONUNCU ŞAHİD

18 avqust 2023 382 baxış

Maşın təmirçisi qadın bilib evə çağırdığı kişini bıçaqlayaraq öldürüb.

Belə ki, Fehruz Kərimov (şərti ad) bir müddət idi ki, Bakıya gəlmişdi. O, burada avtomobillərin təmir sexində dəmirçi kimi çalışırdı. Ailəsinin rayonda yaşamasına baxmayaraq, yaşayışını təmin etmək üçün burada məcburiyyətdən işləyirdi.

Hadisə baş verən gün Fehruz həmişəki kimi iş yoldaşı və dostu Vahabla avtomobil təmir edir, günorta isə nahar edirlər. Fehruz dotuna şəhərdə yaşayışın asan olmadığını, amma ailəsini öz yanına gətirmək istədiyini deyir. Vahab isə onu başa düşdüyünü, bu barədə yaxşı düşünməsini məsləhət edir.

Günorta saatlarında Fehruz və Vahab şəhər mərkəzinə yollanırlar. Şəhərdə yerləşən kafelərin birinin yanından keçəndə Fehruz Vahaba içki içməyi təklif edir. Vahab buna etiraz etmir və kafeyə daxil olurlar. Spirtli içki qəbul edərkən Fehruz Vahaba fiziki ehtiyacını, yəni qadınsız olmasını yarı zarafat, yarı ciddi formada desə də, dostu bu sözə fikir vermir.

Həmin gün şəhərdəki yeraltı keçidlərin birində dayanan Nata ona tərəf yaxınlaşan 2 nəfər içkili şəxsi görür. Fehruz Natanı görən kimi ondan xoşu gəlir. Vahab Fehruzla sağollaşaraq evinə yollanır. Fehruz Nataya yaxınlaşır və onunla tanış olmaq istədiyini deyir, Nata isə onunla razılaşır.

Beləliklə, Fehruz özünü Nata kimi təqdim edən xanıma daha yaxın olmaq üçün onu evə dəvət edir.

Xanım isə bunun müqabilində ondan 50 manat pul istəyir və onlar razılaşıb evə gedirlər.

Fehruz gecə vaxtı kirayə qaldığı mənzilə Nata ilə birlikdə gəlir. Əvvəlcə qonaq otağında otururlar. Onlar birlikdə içki içirlər, daha sonra yataq otağına keçirlər.

Yataq otağında cinsi əlaqəyə girməyə hazırlaşan zaman Fehruz Natanın cinsinin dəyişdiyini və transseksual olduğunu anlayır. Bu zaman onu evindən qovmağa, təhqir etməyə başlayır.

O, Nataya 36 manat verərək çıxıb getməsini deyir. Nata isə vaxtı bitdiyini bildirib Fehruzdan təcili 100 manat tələb edir. Beləliklə, onların arasındakı mübahisə əlbəyaxa davaya çevrilir.

Nata çantasından çıxardığı bıçaqla Fehruza hücum edir. Fehruz zorla da olsa, onun əlindən bıçağı alır və Nataya ard-arda bir neçə zərbə vurur. Nata (Natiq Bayramov) aldığı bıçaq zərbələrindən hadisə yerində həyatını itirir.

Cinayəti törətdikdən sonra Fehruz qətlə yetirdiyi Natiqin cəsədini kirayə yaşadığı mənzildə qoyub oradan uzaqlaşır. Səhəri gün o, regionlardan birinə, ailəsinin yanına qayıdarkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs olunaraq istintaqa cəlb edilir.

Banner
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 382 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 382 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 382 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 382 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 382 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 382 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 382 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 382 baxış
Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Qazaxda 36 yaşlı kişi evdəki partlayışın qurbanı oldu - Baku TV

Hadisə
27 oktyabr 2026 382 baxış
Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Evdə güclü partlayış | Qazaxdakı dəhşətə gətirən hadisənin detalları - Baku TV CANLI

Hadisə
27 oktyabr 2026 382 baxış
Seçilmişlər
icon