Nərimanovda “Kalaşnikov” satmaq istəyən şəxs saxlanıldı
Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən videolar paylaşan və üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.
Tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Kipçatov tutularaq istintaqa təqdim edilib.
Onun əlindəki idman çantasına baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat və həmin silaha aid patron darağı aşkar edilib. Ceyhun Kipçatov avtomatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədilə özündə saxladığını bildirib.
Faktla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Ceyhun Kipçatov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.
#Daxili İşlər Nazirliyi teqi istifadə olunub
- Şuşada mina partlayışı | Xəsarətalan var - Baku TV
- DİN əməkdaşları Vətən müharibəsində şəhid olan qəhrəmanların xatirəsini yad ediblər - Baku TV
- 2013-cü ildə törədilən qətlin yeni detalları üzə çıxdı - 24 SAAT
- DİN əməkdaşlarının şücaəti suverenliyin bərpasında mühüm rol oynadı - Baku TV
- DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım etdi - Baku TV
