Pleyeri seçin:

Nəsimidəki dəhşətli qətlin təfərrüatı bilindi

04 avqust 2023 100 baxış

Sabunçu Rayon Polis İdarəsinə rayonun Balaxanı qəsəbəsində qətl törədilməsi barədə əməliyyat məlumatı daxil olub.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şahidləri dindirərkən məlum olub ki, 35 yaşlı Natiq Məmmədov qəsəbədə kirayədə qalan 28 yaşlı Ülvi Mahmudov tərəfindən qətlə yetirilib. Buna görə faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılır və Ülvi Mahmudov şübhəli şəxs kimi paytaxtın Nəsimi rayonunda saxlanılır.

İstintaq müəyyən edir ki, axşam saat 09:00 radələrində Ülvi Mahmudov tanışı Camal Yusibovla Balaxanıda yaşadığı evin qarşısında dayanıb söhbət edərkən Natiq Məmmədov avtomobili yüksək sürətlə idarə edərək onların yanından keçir. Bu zaman ona yüksək səslə irad bildirilir. Bunu eşidən Natiq avtomobildən enərək Ülvi Mahmudova yaxınlaşır.

Natiq Məmmədov döş boşluğunda deşilmiş-kəsilmiş yara ilə əlaqədar baş vermiş kəskin qanitirmə səbəbindən ölüb.

Ülvi Mahmudov Natiqi qətlə yetirdikdən sonra kirayədə qaldığı həyətə daxil olub, hamamda bıçağı yuyaraq kəmərinə keçirib. Həyətdən çıxarkən isə ev sahibi ondan nə baş verdiyini soruşub. Ülvi isə küçədə səs-küyün olduğunu bildirib. Bundan sonra o, metronun “28 May” stansiyası yaxınlığındakı qardaşının telefon mağazasına gələrkən polislər tərəfindən saxlanılıb.

Qətlə yetirilən Natiq Məmmədovun anası Xatirə Qurbanova məhkəmədə ifadəsində bildirib ki, oğlu 2 dəfə ailə həyatı qurub, qəbiristanlıqda baş daşlarını hazırlamaqla məşğul olub. Özü isə 3 saylı Şəhər Klinik Xəstəxanasında tibb bacısı işləyir. Gecə növbəsindən qayıdarkən oğlunun dostu Vüqar ona zəng edərək övladının bıçaqla vurulduğunu bildirib. Oğlunun arxasınca işlədiyi xəstəxanaya gəlib çatanda bilib ki, oğlu Natiq artıq ölüb.

Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsi Ülvi Mahmudovu Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilib və onu 18 il müddətinə azadlıqdan məhrum edib.

İstintaq dövründə o da məlum olub ki, Ülvi Mahmudov Cinayət Məcəlləsinin hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma maddəsi ilə Tərtər Hərbi Məhkəməsinin qərarı ilə 2014-cü ildə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bir il sonra ölkə başçısının “Əfv Sərəncamı” ilə cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Banner
“Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV

“Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV

Hadisə
28 oktyabr 2026 100 baxış
Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Hadisə
28 oktyabr 2026 100 baxış
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 100 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 100 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 100 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 100 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 100 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 100 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 100 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 100 baxış
Seçilmişlər
icon