Pleyeri seçin:
Odessa yaxınlığında həlak olan gəmi kapitanının nəşi Azərbaycana yola salınacaq - Baku TV
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş “Atlas Bey” mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq Odessaya gətirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə Azərbaycana yola salınacaq.
“Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!”, – deyə məlumatda bildirilib.
Kopyalandı
#Rusiya Ordusu teqi istifadə olunub
- Rusiya ordusu mülki şəsləri hədəfə aldı: ölənlər var - Baku TV
- Rusiya qoşunlarını Dneprin sol sahilinə toplayır?
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Rusiyanın hücumunda 25 mərtəbəli yaşayış binasına zərbə endirilib
- Zaporojyeyə eyni vaxtda bomba və dron hücumları həyata keçirilib - Baku TV
