Ölümlə nəticələnən qəzanın təfərrüatı
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun 4-cü şöbə adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı minik avtomobili hərəkətdə olan zaman əks istiqamətdə gələn "Hyundai"la toqquşub və magistraldan çıxaraq yol kənarındakı ağaclara çırpılıb.
Nəticədə “Mercedes”də olan 3 nəfər – sürücü İslam Seyidov və onun iki sərnişini Elmar Vəliyev və Nizami Vahidov hadisə yerində dünyasını dəyişib. Araz Babayev, Cabir Əliyev, Maqsud Səlimov və Rəfail İdrisov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkim Ayaz Fətullayev yaralıların son vəziyyəti ilə bağlı məlumat verib. “Onlardan birinin vəziyyəti ağır, digər xəstənin vəziyyəti orta ağır, 3 sərnişinin vəziyyəti isə kafidir”, - deyə A.Fətullayev qeyd edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
#Xaçmaz teqi istifadə olunub
- Xaçmazda evə dolan zərərvericilər sakinləri bezdirdi - Baku TV
- Qəhvəyi mərmər bağacığının kütləvi yayılması sakinləri çətin vəziyyətə salıb - Baku TV
- Xaçmazda 9 nəfərin xəsarət aldığı ağır qəzanın baş verdiyi yerdən görüntülər - Baku TV
- Xaçmazdakı dəhşətli cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxundu - Baku TV
- "Gəl Dost Olaq" Çərpələng Festivalının iştirakçıları təəssüratlarını bölüşdü - Baku TV
