Pleyeri seçin:

Ov tüfəngi ilə kürəkənini qətlə yetirdi

01 mart 2023 656 baxış

Azər Cəfərov ov silahından 3 dəfə atəş açaraq, kürəkəni Rəşad Məmmədovu qəsdən həyatdan məhrum edib. Hadisə dekabrın 12-də Mərdəkanda baş verib.

Azər Cəfərov bildirib ki, Rəşad Məmmədov onun qızı Nigarın əri olub. Toylarından bir müddət sonra Rəşadın narkotik vasitələr və spirtli içkilər qəbul etməsini bilib. Müalicə olunması üçün o və Rəşadın öz valideynləri nə qədər çalışsalar da, müsbət nəticə olmayıb. 2010-cu ildə qızı boşanma ərizəsi ilə məhkəməyə müraciət edib, amma onların müdaxiləsindən sonra yoldaşı ilə barışıb.

Axırıncı dəfə 2020-ci ilin oktyabr ayında evdə dözülməz şərait yaratdığına görə Nigar boşanmaq üçün yenidən məhkəməyə müraciət edib. Həmin vaxtdan qızı övladları ilə birlikdə köçüb, onun şəhərdə olan mənzilində yaşayıb. Rəşad həftədə 2-3 dəfə gələrək, uşaqları ilə görüşüb. Dekabrın 12-də kürəkəni zəng edib, aqressiv şəkildə harda olmasını soruşub, o da Mərdəkanda, bağ evində olduğunu deyib. Bir azdan Rəşad yanına gəlib. Həyətdə səs-küy salmasından ehtiyat edib, onu evə dəvət edib.

Söhbət edərkən, ona uşaqları ilə görüşmək üçün heç kəsin maneə yaratmadığını başa salmağa çalışıb. Lakin kürəkəni onun sözlərinə əhəmiyyət verməyib, aqressiv şəkildə onu alçaltmağa çalışıb, ünvanına nalayiq ifadələr işlədib. Ona cavab qaytarmayıb, düşünüb ki, sakitləşib, xoşluqla çıxıb gedəcək. Amma Rəşad daha da qızışaraq onu və ailə üzvlərini söyüb, öldürməklə hədələyib. Rəşad ayağa qalxıb, həyətə çıxanda, onun arxasınca gedib. Sakitləşməyən kürəkəni ölən atasını söyəndə, artıq buna dözməyib. Evdən tüfəngi götürüb və bundan sonra nə baş verdiyini xatırlamır. Sanki bağbanın səsinə ayılıb. Görüb ki, əlindəki tüfəng yerə düşüb, Rəşad isə yerdə uzanıqlı vəziyyətdə qalıb. Bağbana təcili tibbi yardıma zəng etməsini bildirib, özü isə polisə zəng edib.

Məhkəmə iclasında Azər Cəfərov özünü təqsirli bilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Cəfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Banner
Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV

Bakıda 25 il əvvəl törədilən qətlin üstü açılıb | Şübhəli şəxs həbs edilib - Baku TV

Hadisə
23 oktyabr 2026 656 baxış
Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT

Paytaxtda çoxmənzilli binanın tavanı uçdu | Mənzillər dağıldı - 24 SAAT

Hadisə
22 oktyabr 2026 656 baxış
Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV

Bakıda qəzalı binada tavan uçdu, mənzillər dağıldı - Baku TV

Hadisə
22 oktyabr 2026 656 baxış
Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Hadisə
22 oktyabr 2026 656 baxış
Faktla bağlı araşdırma aparılır

Faktla bağlı araşdırma aparılır

Hadisə
22 oktyabr 2026 656 baxış
"Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi

"Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi

Hadisə
22 oktyabr 2026 656 baxış
Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI

Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI

Hadisə
22 oktyabr 2026 656 baxış
Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI

Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI

Hadisə
22 oktyabr 2026 656 baxış
Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT

Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT

Hadisə
21 oktyabr 2026 656 baxış
Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI

Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI

Hadisə
21 oktyabr 2026 656 baxış
Seçilmişlər
icon