Pleyeri seçin:

Övladlarının gözü önündə… | “Motodrom”dakı qandonduran qətlin təfərrüatları

26 noyabr 2024 432 baxış

2023-cü il noyabrın 2-də Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsinə gələn Qədir Qasımov qeyri-rəsmi arvadı Zülfiyyə Xamoyevanı öldürdüyünü bildirərək növbətçiyə bıçağı təqdim edib. Hadisə “Motodrom” massivində yerləşən nömrəsiz evdə baş verib.

Pilləkənlərin üzərində 37 yaşlı Zülfiyyə Xamoyevanın meyiti aşkarlanıb. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, onun ölümünə sağ və sol ağciyərlərin zədələnməsindən törənən kəskin qanitirmə səbəb olub.

Hadisə ilə bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci – qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə dindirilmiş Qədir Qasımov bildirib ki, Zülfiyyə Xamoyeva ilə 16 il qeyri-rəsmi ər-arvad kimi yaşayıb. 2010-cu il oğulları Hüseyn, 2013-cü ildə isə qızları Şəbnəm dünyaya gəlib. Bakının müxtəlif yerlərində kirayədə qalıblar. Arvadı onun şikəst və vərəm xəstəsi olduğunu bildirərək birgə yaşamaqdan imtina edib. Zülfiyyənin restoranda işlədiyini biləndən sonra onu öldürmək qərarına gəlib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Qələm Əzizova bildirib ki, qızı Zülfiyyə Nərimanov rayonunda yerləşən restoranda qabyuyan işləyib, Qədir isə bunu istəməyib. Aralarında tez-tez mübahisə yaranıb. Qədir hər gün spirtli içki qəbul edib, hadisə günü də o, içkili olub.

Şahid Hüseyn Xamoyev bildirib ki, noyabrın 2-də atası bıçağı götürüb evdən çıxıb. Haraya getdiyini soruşduqda atası “ananı öldürməyə gedirəm” deyib, gülüb. Atası əvvəllər bir neçə dəfə zarafatla bu cür sözlər söylədiyi üçün onun yenə zarafat etdiyini düşünüb. Saat 07:30-da atası evə qayıdıb, onu yuxudan oyadıb. Ona “ananı öldürmüşəm, get bax, mən də polisə gedirəm” deyib. O, dərhal yerindən qalxıb, xalasının yaşadığı evə gedib. Oraya çatanda, həyətdə anasının meyitini görüb.

Məhkəmə prosesində Qədir Qasımov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.

Qədir Qasımov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını 7 il ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum olunub.

Banner
Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Gəncədə görənləri dəhşətə gətirən hadisə - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 432 baxış
ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

ADSEA-da 3 milyonluq yeyinti | Sabiq vəzifəli şəxs hakim qarşısında - Baku TV

Hadisə
04 noyabr 2026 432 baxış
Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Sumqayıtdakı ağır qəzanın şahidi gördüklərini danışdı - Baku TV CANLI

Hadisə
04 noyabr 2026 432 baxış
Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Sumqayıtda dəhşətli qəza | İki avtomobil toqquşdu - Baku TV

Hadisə
04 noyabr 2026 432 baxış
KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

KRİMİNAL sənədli xronika | Hər həftənin cümə günü Baku TV-nin "Youtube" kanalında

Hadisə
03 noyabr 2026 432 baxış
Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Bəxtiyar Dalinin ittiham olunduğu cinayətin təfərrüatı bəlli oldu - Baku TV

Hadisə
03 noyabr 2026 432 baxış
Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Rüfət Alıyevin əməli ifşa olundu | Vəzifəli şəxs barədə sensasiya - Baku TV

Hadisə
03 noyabr 2026 432 baxış
"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

"Milyonluq evin sahibi" kimi tanınan Bəxtiyar Dali ilə bağlı qalmaqal - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 432 baxış
"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

"Milyonluq evin sahibi" nədə ittiham olunur? - Baku TV

Hadisə
03 noyabr 2026 432 baxış
KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

KMBİ-dən Ukrayna polisi ilə birgə genişmiqyaslı əməliyyat - Baku TV CANLI

Hadisə
03 noyabr 2026 432 baxış
Seçilmişlər
icon