Pedaqoji Universitetin tələbəsi xəstəxanada öldü | Cəlilabad
Cəlilabadda tələbənin qızılca xəstəliyindən vəfat etməsinə dair xəbər yayılıb.
“Report”un məlumatına görə, rayonun Sabirabad kənd sakini İbayeva Sevil Cabbar qızı yanvarın 4-də Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Daha sonra Sevil İbayevaya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulduğu, onun məhz bu xəstəlikdən vəfat etdiyi bildirilib. Bu barədə "Report"un Muğan Bürosuna TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, 2023-cü il dekabrın 30-da rayonun Sabirabad kənd sakini 22 yaşlı gənc qız Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub. Pasiyentə zəruri tibbi yardım göstərilsə də, həkimlərin səylərinə baxmayaraq, o, yanvarın 4-də saat 10:30 radələrində vəfat edib.
Vəfat etmiş Sevil İbayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin dördüncü kurs tələbəsi idi.
#Cəlilabad teqi istifadə olunub
- "Bura Cənubi Qafqazın Mesopotamiyasıdır" | Cəlilabadda İlk Tunc dövrünə aid nümunələr tapıldı
- “Onda canla-başla kömək edərəm ki...” - Əhalinin etirazına bələdiyyə sədri nə cavab verdi? - Baku TV
- Cəlilabadda illərdir hökm sürən yol problemi niyə həll edilmir? - Baku TV CANLI
- “Evimi satım ki, “turba” alacağam?!” | Sakinlər etiraz etdi | “Çör-çöplə yemək bişiririk” - Baku TV
- “Kənddə qalanların çoxu köçdü, getdi” | Bir vaxtlar 40 ev olan kənd niyə bu qədər boşalıb?
