Polis şöbəsində intihar hadisəsi baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
Sabirabad Rayon Polis Şöbəsinin məhbusları müvəqqəti saxlama məntəqəsində saxlanılan şəxs intihar edib.
DİN-in mətbuat xidmətindən bildirilib ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə 4 dəfə məhkum olunan 1984-cü il təvəllüdlü Əli Hüseynov məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) maddəsi ilə təqsirli bilinərək barəsində 2 aylıq həbs cəzası verilib. O, özünü şalvarının lifindən hazırladığı iplə boğub.
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində digər hər hansı xəsarət aşkar edilməyib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
#İntihar hadisəsi teqi istifadə olunub
- Faciəvi şəkildə ölən yeniyetmənin ailəsi “OpenAI” şirkətini məhkəməyə verdi
- 6 uşaq anasının işləmək istəyi faciə ilə bitdi | Göyçayda qandonduran hadisə
- 34 yaşlı kişinin faciəvi sonu | Qandonduran hadisə bir uşağı atasız qoydu
- Kiyanuş Səncəri bu yola kimlərə görə əl atdı? | Dəhşətli detallar üzə çıxdı
- Dilan Polatın yaxın rəfiqəsindən gözlənilməz vida məktubu | Elə şeylər ortaya çıxdı ki…
