Faciəvi şəkildə ölən yeniyetmənin ailəsi “OpenAI” şirkətini məhkəməyə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də intihar edən bir yeniyetmənin valideynləri baş verənlərdə “ChatGPT” neyroşəbəkəsini və onun yaradıcılarını günahlandırıblar.
Yetkinlik yaşına çatmayan şəxsin ailəsi “OpenAI” şirkətini və onun rəhbəri Sam Altmanı məhkəməyə verib.
Məhkəmə iddiasından məlum olur ki, yeniyetmə bir neçə ay ərzində müntəzəm olaraq çat-botla ünsiyyətdə olub. Mərhum gəncin valideynlərinin fikrincə, neyroşəbəkə bu müddət ərzində onu dəstəkləmək və ya mütəxəssislərə yönləndirmək əvəzinə emosional vəziyyətini daha da ağırlaşdırıb.
Ailənin vəkillərinin fikrincə, “OpenAI” öz məhsulunun təhlükəsizliyini təmin etməyə səhlənkar yanaşıb. Bununla əlaqədar olaraq, yeniyetmənin valideynləri kompensasiya və başqa insanların oxşar nəticə ilə üzləşməməsi üçün çat-botun işində dəyişikliklər tələb edirlər.
#ABŞ teqi istifadə olunub
- Birmingemdə futbol matçından sonra baş verən silahlı insident araşdırılır
- Trampdan İrana yeni zərbə mesajı
- Trampdan Kuba ilə bağlı açıqlama | ABŞ lideri nələr dedi? - Baku TV CANLI
- Rubio ABŞ-İran münasibətlərindəki son vəziyyətdən danışdı - Baku TV
- İranın yerli müdafiə sənayesinin gücləndirilməsi ilə bağlı göstərişlər verildi - Baku TV CANLI
