Polisə odlu silahla müavimət göstərildi
Gəncədə kafeyə qumbara atan şəxs Bakıda zərərsizləşdirilib. Bu barədə DİN-dən bildirilib.
Qeyd edilib ki, mayın 20-də naməlum şəxs Gəncədəki kafelərdən birinə qumbara ataraq bir neçə nəfərin xəsarət alması və kafeyə ciddi maddi ziyan dəyməsi ilə nəticələnən cinayət hadisəsi törədib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin törətdiyi müxtəlif cinayətlərə görə əvvəllər dəfələrlə məhkum olunmuş Gəncə şəhər sakini Elmir Nağıyev olması və onun Bakı şəhərindəki mənzillərdən birində gizləndiyi müəyyən olunub.
E.Nağıyev saxlanılarkən polis əməkdaşlarına qarşı odlu silahla müqavimət göstərib. Bundan sonra polis əməkdaşları tərəfindən silah tətbiq edilib, nəticədə E.Nağıyev zərərsizləşdirilib.
Hadisə yerindən 1 ədəd əl qumbarası və tapança götürülüb. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
#Gəncə teqi istifadə olunub
- "Bu küçə qan çanağı olub!" | Sakinlər dəhşət içində | "Hamımız xəstəlik tutmuşuq" - Baku TV
- Tez-tez qəzaların baş verdiyi ərazidə tədbir görülmür? - Baku TV CANLI
- Oğul anasını 5 bıçaqla qətlə yetirdi? - “Tez-tez vururdu, içəridən səs gəldi ki...” - Baku TV
- "Bağlayıb, əlində bıçaqla mağazadan qaçıb" | Gəncədə qandonduran hadisə - Baku TV
- "Gecə cumur, heç kim yaxın durmur" | Əhalinin əsəbi tarıma çəkildi: "Ayaqaltında qalmışıq" - Baku TV
