Polisin “Saxla” əmrini heçə saydı | Bakı-Quba yolunda təhlükəli vəziyyət
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı-Quba yolunda hərəkət iştirakçıları üçün real təhlükə yaradaraq təhlükəli manevrlər edən “KamAZ” markalı, 10-LK-628 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Kamilov Şöhrət Gülmirzə oğlu stasionar postda xidmət aparan Yol Patrul Xidməti (YPX) əməkdaşlarının “saxla” tələbinə qəsdən əməl etməyərək hərəkətini davam etdirib.
Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, qısa müddət ərzində YPX əməkdaşlarının operativ tədbirləri ilə nəqliyyat vasitəsi saxlanılıb.
Yoxlama zamanı sürücünün, həmçinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşdığı müəyyən olunub.
Sürücü barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və məhkəmə qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.
BDYPİ bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə və yollarda təhlükəsizliyi qorumağa çağırır.
#Bakı-Quba yolu teqi istifadə olunub
- “Kafedən qayıdanda vurub” | Sumqayıt sakinləri dəhşətli hadisəni anbaan danışdı - Baku TV
- Bakı-Quba yolunda faciəvi qəza: Körpüdə yük maşını minik avtomobili ilə toqquşdu - Baku TV CANLI
- Bakı-Quba yolunda dəhşət | Yük avtomobili minik maşınının üzərinə aşdı - Baku TV
- Bakı-Quba yolunda təhlükə: Sürücülər qəzadan necə qaçsın? - Baku TV CANLI
- Magistral yolda təhlükəsizlik məsələsi | Sürücüləri qorxudan problem həlsiz qalıb - Baku TV
