Qaradağda vulkan püskürməsi necə baş verdi? | Detallar məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) tərəfindən verilən məlumata əsasən, 11 oktyabr 2025-ci il tarixində paytaxtın Qaradağ rayonunda yerləşən Otman Bozdağ palçıq vulkanında püskürmə qeydə alınıb.
Püskürmə prosesi vulkan ətrafına quraşdırılmış seysmik stansiyalar tərəfindən üç faza şəklində izlənilib:
-
Birinci faza: Yerli vaxtla saat 08:27-də başlayıb və 10 dəqiqə davam edərək 08:37-də bitib.
-
İkinci faza: Saat 08:39-da başlayıb və ən uzun müddət – 12 dəqiqə davam edərək 08:51-ə qədər müşahidə olunub.
-
Üçüncü faza: Saat 09:02-də başlayıb və 4 dəqiqə sonra, 09:06-da başa çatıb.
Püskürmənin ümumi aktivliyi fasilələrlə 39 dəqiqəyə yaxın olub.
#Qaradağ rayonu teqi istifadə olunub
- 5 ayda 101 küçə təmiri, 5 yenidən inşa olunan körpü - Bakının yol infrastrukturu yenilənir - Baku TV
- Qaradağ rayonunda baş verən qətl işi üzrə məhkəmə istintaqı başa çatıb - Baku TV
- Qaradağda məktəb direktorunun avtomobilini yandıran kim imiş? - DİN-dən məlumat - Baku TV
- "Kiminsə haqqı yoxdur ki, ona elə davransın" | Yeddinci mərtəbədən iti atdı, sonra isə... - Baku TV
- Bakıda ağır qəza: “Mercedes” yol kənarında dayanan “Kamaz”a çırpıldı - Baku TV
