Pleyeri seçin:

Qardaşını elə qətlə yetirdi ki... | Bakıdakı dəhşətli cinayətin bütün detalları

06 avqust 2024 684 baxış

2020-ci il avqustun 8-də Sabunçu 12-ci Polis Şöbəsinə Masallı sakini Səfa Eynullayevin bıçaq xəsarətlərindən ölməsi haqda məlumat daxil olub. Polis əməkdaşları tərəfindən xəstəxanada mərhumun qardaşı 1995-ci il təvəllüdlü Elmin Eynullayev və qonşusu Tural Heydərzadə saxlanılaraq şöbəyə gətiriliblər. Araşdırma zamanı məlum olub ki, hadisə Ramana qəsəbəsinin Atçılıq massivində baş verib.

Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, 1998-ci il təvəllüdlü Səfa Eynullayevin ölümünə ürəyin zədələnməsi nəticəsində baş vermiş kəskin qanitirmə səbəb olub. İstintaqla müəyyən edilib ki, Elmin Eynullayev onunla eyni ünvanda yaşayan qardaşı Səfa Eynullayevlə tez-tez mübahisə edib. Buna sonuncunun narkotik maddələrdən istifadə etməsi və evdəki əşyaları satması səbəb olub.

Avqustun 8-də mübahisə edə-edə yaşadıqları evdən təxminən 200 metr uzaqlaşaraq, Atçılıq massivindəki boş ərazidə dava ediblər. Elmin qisas məqsədilə şalvarının cibindən çıxardığı açılıb-qatlanan bıçaqla Səfaya 3 dəfə zərbə vuraraq, onu qəsdən öldürüb.

İş üzrə dindirilmiş Elmin Eynullayev bildirib ki, qardaşı narkotik maddənin təsirindən çox vaxt özündə olmayıb və onu əsəbiləşdirən hərəkətlər edib. Avqustun 8-də səhər Səfanın evin qapısını açaraq içəri girdiyini görüb, yenə mübahisə etməyə başlayıblar. Həyətdə səs-küy eşidilməməsi üçün qardaşı ilə birlikdə yaşadıqları evdən bir az uzaqlaşaraq, boş əraziyə gəliblər. Qonşusu Tural Heydərzadə arxalarınca gələrək, onları sakitləşdirməyə çalışıb. Səfa yerdən ağac parçasını götürüb, onu vurduqda, bıçaqla ona xəsarət yetirib. Qardaşı yerə yıxılan kimi ona daha 1-2 zərbə endirib. Sonra Turalla yola çıxıb, taksi saxladaraq Səfanı xəstəxanaya aparıblar. Orada həkimlər müayinə edib, qardaşının öldüyünü bildiriblər.

Məhkəmə iclasında Elmin Eynullayev ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxin hüquqi varisi qismində Rafəyə Eynullayeva bildirib ki, oğluna qarşı şikayəti yoxdur. Ona yüngül cəza təyin edilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Elmin Eynullayev 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. 

Banner
“Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV

“Pis adam deyildi, amma...” | 49 yaşlı kişinin meyiti harada tapıldı? - Baku TV

Hadisə
28 oktyabr 2026 684 baxış
Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Uzun illər tək yaşayan kişinin meyiti qonşular tərəfindən aşkarlandı - ƏSAS XƏBƏR

Hadisə
28 oktyabr 2026 684 baxış
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 684 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 684 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 684 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 684 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 684 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 684 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 684 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 684 baxış
Seçilmişlər
icon