Qayınanasının vurduğunu dedilər, amma... | Goranboyda 24 yaşlı gəlin necə güllələndi?
Yeniliklərdən dərhal xəbərdar olun
Goranboyda 24 yaşlı qadın tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.
Hadisə rayonun Dəyirmanlar kəndində baş verib.
Xəsarət alan Nəzrin Xudaverdiyeva Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb və Cərrahiyyə şöbəsinə yerləşdirilərək dərhal əməliyyata alınıb. Vəziyyətinin stabil olduğu bildirilir.
Məlumata görə, tir tüfəngi ilə atəş açan şəxs qadının həyat yoldaşı olub. Ailənin əkiz övladları xəstə olduğu üçün onlara sərçə ətinin verildiyi bildirilib. Ata övladları üçün yaşadıqları evin həyətində sərçə ovlayan zaman tirdən açılan atəş ehtiyatsızlıqdan həyat yoldaşına dəyib.
Daha əvvəl isə məlumatda bildirilib ki, Nəzrin Xudaverdiyeva qayınanası 57 yaşlı Gülxanım Xudaverdiyevanın ehtiyatsızlıq nəticəsində tirdən atdığı güllə ilə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
#Goranboy teqi istifadə olunub
- Goranboyda faciə: Elektrik dirəyi 35 yaşlı qadının üzərinə aşıb - Baku TV
- Goranboyda elektrik dirəyinin aşması faciəyə səbəb olub - ƏSAS XƏBƏR
- Goranboyda qorxunc hadisə | 31 yaşlı şəxs özündən 43 yaş böyük kişini niyə vurdu? - Baku TV CANLI
- Şirvan sakini Goranboyda faciəvi şəkildə öldü - Baku TV CANLI
- Goranboyda dəhşətli qəza | Şirvan sakini faciəvi şəkildə öldü - Baku TV
