Qaynını görün necə qətlə yetirdi | Bakıda çayxanada baş verən cinayətin detalları
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin araşdırmasında Bakının Yasamal rayonunda baş vermiş qanlı cinayətin tükürpədici detalları üzə çıxıb. Samir Ağakişiyev Şəfayət Mehdiyev küçəsində yerləşən çayxananın qarşısında qaynı Faiq Mustafazadəni bıçaqlayaraq qətlə yetirib. İstintaq materiallarına görə, cinayətə səbəb qayın tərəfindən ünvanlanan təhqirlər olub. Törətdiyi əməli etiraf edən şəxs qaynını sadəcə qorxutmaq istədiyini bildirsə də, xəstəxanaya çatdırılan zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb. Məhkəmə tibbi ekspertizası ölümün kəskin qanitirmədən baş verdiyini təsdiqləyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qatil 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Reportajda ailədaxili münaqişənin necə faciəyə çevrilməsi və məhkəmə prosesinin gedişatı ətraflı təhlil olunur.
#Yasamal teqi istifadə olunub
- Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI
- Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu
- Yasamalda restoran yoxlanıldı: FHN ciddi nöqsanlar aşkarladı - Baku TV CANLI
- "Evlərdə hamam yox idi" | XIX əsrə aid müalicəvi "Şor hamamı" söküləcək? - "Axı tarixi irsdir..."
- Ərazini su basıb, gediş-gəliş çətinləşib
