Qazancı səsucaldıcı ilə qazansanız, başınız bəlaya girəcək! | Sakinləri boğaza yığan məsələ
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxtın müxtəlif yerlərində səsucaldıcılar vasitəsilə reklam xarakterli mətnlərin səsləndirilməsi son vaxtlar geniş vüsət alıb.
Sosial şəbəkələrdə sakinlərin şikayətçi olduğunu əks etdirən görüntülərlə bağlı fikirlər birmənalı qarşılanmır.
Baku TV mövcud vəziyyətlə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.
“Bu səslər insanları narahat edir, olmasa, yaxşı olar”, – deyə sakinlərdən biri bildirib.
Başqa bir vətəndaş isə belə deyib: “Belə şey olmaz. Bir tərəfdən isti, digər tərəfdən də səs adamı əsəbiləşdirir”.
Mövzu ilə bağlı Dövlət Reklam Agentliyindən bildirilib ki, reklam qurğuları Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları”nın tələblərinə uyğun olmalıdır. Həmin normalara mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər tərəfindən riayət edilməlidir.
#Sakin narazılığı teqi istifadə olunub
- “Sən o demaqoqlara qoşulma, get evə!” | Binanın komandantı çəkilişi biləndə əl-ayağa düşdü - Baku TV
- “70 qəpik ödəyirik, belə olmaz ki!” | Sakinlər əsəbiləşdi | “Neçənci əsrdən qalıb bu?!” - Baku TV
- Vətəndaşlar şikayət edir | Tikinti şirkəti niyə narazılığa səbəb oldu? - Baku TV CANLI
- “Xəmsə Palace-2021” vətəndaşların başına oyun açıb? - "2 il əvvəl veriləcəkdi, amma..." - Baku TV
- 13 mərtəbəli binada 15 mərtəbə var? - Xırdalan sakini ilə MTK üz-üzə - Baku TV
