Pleyeri seçin:
Qazaxın kəndlərində qanunsuz qruplaşmanın üzvləri saxlanıldı
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qazax rayonunun Ermənistanın işğalı altında qalan kəndlərində qanunsuz fəaliyyət göstərən “Döyüş qardaşlığı” birləşməsinin 49 üzvü həbs edilib.
Bu barədə erməni mediasına ölkənin Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qruplaşma üzvləri qanunsuz silah və sursat saxlama ittihamı ilə saxlanılıblar. Bildirilib ki, “Döyüş qardaşlığı”nın təmsilçiləri polisin xəbərdarlıqlarına məhəl qoymayaraq martın 24-də Azərbaycanın işğal altındakı Yuxarı Əskipara və Bağanıs Ayrım kəndlərinə getməyi planlaşdırırmışlar.
Səhər saatlarında qruplaşmanın üzvü Avetis Avetisyanın saxlanılmasına dair xəbər yayılıb. Daha sonra isə digər üzvlərin də həbsinə dair rəsmi məlumat açıqlanıb.
Kopyalandı
