Pleyeri seçin:

Qəbiristanlıqdakı davanın sonu qətllə bitdi | Tükürpərdici hadisənin detalları

05 avqust 2025 754 baxış

Qardaşını oraqla öldürən şəxsə hökm oxunub.

2022-ci il sentyabrın 7-də paytaxtın Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda qətl hadisəsi baş verib.

Şəhriyar Allahverdiyev adlı şəxs Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək qohumu Səyyad İsmayılovun bıçaqlanması barədə məlumat verib. Hadisə yerinə baxış zamanı ərazidə bir ədəd oraq və bıçaq aşkar edilib. Cinayəti mərhumun doğma qardaşı 56 yaşlı Siyavuş İsmayılovun törətdiyi müəyyən olunub və o, həmin gün saxlanılıb.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla müəyyən olunub ki, dəfn mərasimində iştirak edən Siyavuş və Səyyad İsmayılovlar arasında əvvəldən mövcud olan münaqişə mübahisəyə səbəb olub. Səyyadın təhqiramiz ifadələr işlədərək bıçaqla Siyavuşa hücum etdiyi, Siyavuşun isə müqavimət göstərərək bıçağı əlindən aldığı, lakin Səyyadın kürəklə yenidən hücum etməsi nəticəsində Siyavuşun oraqla ona zərbələr endirdiyi bildirilib.

Hadisə şahidləri də qardaşlar arasında mübahisənin olduğunu təsdiqləyiblər.

Siyavuş İsmayılov məhkəmədə özünü qismən təqsirli bilib və bu addımı özünü müdafiə etmək üçün attığını vurğulayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsi Siyavuş İsmayılovu 10 il müddətinə azadlıqdan məhrum edib və cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsinə qərar verib.

Banner
Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Yasamalda məktəbdə qandonduran hadisə | 7-ci sinif şagirdi niyə canından oldu? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 754 baxış
Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Sinif yoldaşları idman dərsinə getdi, o isə... | Yasamalda 7-ci sinif şagirdinin dəhşətli sonu

Hadisə
28 oktyabr 2026 754 baxış
Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Siyəzəndə dəhşətli qətl | Qadın nəyin üstündə boğularaq öldürüldü? - Baku TV CANLI

Hadisə
28 oktyabr 2026 754 baxış
Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Arvadının qətlində təqsirləndirilən şəxsə hökm oxunub - Baku TV

Hadisə
28 oktyabr 2026 754 baxış
Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Yanacaqdoldurma məntəqəsində dəhşət | Kişi iş başında bıçaqlandı - Baku TV

Hadisə
28 oktyabr 2026 754 baxış
Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Qonşu qətlində təqsirləndirilənlərə neçə il həbs cəzası verildi? - Baku TV

Hadisə
28 oktyabr 2026 754 baxış
Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Siyəzəndə dəhşətli cinayət: "Bütün qonşular çox təəssüflənir" | Tamah məqsədilə törədilən qətl

Hadisə
28 oktyabr 2026 754 baxış
Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - 24 SAAT

Hadisə
27 oktyabr 2026 754 baxış
"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

"Azərbaycan gözəli" seçilən modelin şikayəti | Məhkəmə hansı qərara gəldi? - Baku TV

Hadisə
27 oktyabr 2026 754 baxış
"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

"Bütün kənd şok içindədir" | Salyanda dəhşət: 28 yaşlı şəxs ailə üzvlərinə hücum etdi - Baku TV

Hadisə
27 oktyabr 2026 754 baxış
Seçilmişlər
icon