Pleyeri seçin:

Qətl törətməkdə təqsirləndirilən şəxslərə ağır cəza verildi - Baku TV

11 iyun 2026 407 baxış

Bakıda xuliqanlıq və qətl törətməkdə ittiham olunan Afiq Hacıəliyev və Natiq İmamcanovun cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları ediblər. Daha sonra hökm elan edilib. Hökmə əsasən, Afiq Hacıəliyev 14 il, Natiq İmamcanov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Natiq İmamcanov barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunub. O, məhkəmə zalında həbs olunub.

Xatırladaq ki, dövlət ittihamçısı İsmayıl Cavadlı məhkəməyə təqsirləndirilənlərdən Afiq Hacıəliyevin 18 il 6 ay, Natiq İmamcanovun isə 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Qeyd edək ki, hadisə 2025-ci ilin martında paytaxtın Suraxanı rayonu ərazisində baş verib. Afiq Hacıəliyev mübahisə zəminində tanışı Turan Əliyevə bıçaqla xəsarət yetirərək, öldürməkdə təqsirləndirilib. Hadisə günü Afiq Hacıəliyevlə birlikdə olan tanışı Natiq İmamcanov da təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub.

Afiq Hacıəliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), Natiq İmamcanova isə 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan əşyalarla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Banner
Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Buzovna qəsəbəsində azyaşlı faciəvi şəkildə həyatını itirib - ƏSAS XƏBƏR

Hadisə
22 oktyabr 2026 407 baxış
Faktla bağlı araşdırma aparılır

Faktla bağlı araşdırma aparılır

Hadisə
22 oktyabr 2026 407 baxış
"Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi

"Dedik, bəlkə, dükana tərəf gedib…" | Diqqətsizlik dəhşət yaşatdı - Azyaşlı kanalda həyatını itirdi

Hadisə
22 oktyabr 2026 407 baxış
Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI

Kürdəmirdə minlərlə sakin su axtarışında: problem nə vaxt həll olunacaq? - Baku TV CANLI

Hadisə
22 oktyabr 2026 407 baxış
Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI

Əqrəblər Bakıda 2 nəfəri xəstəxanalıq etdi: Mütəxəssislərdən təcili xəbərdarlıq - Baku TV CANLI

Hadisə
22 oktyabr 2026 407 baxış
Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT

Tikinti və təmir vədi ilə bağlı milyonluq işdə şirkət rəhbəri saxlanıldı - 24 SAAT

Hadisə
21 oktyabr 2026 407 baxış
Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI

Xalçalarını təmizlik üçün şirkətə verən vətəndaşların başına nə gəldi? - Baku TV CANLI

Hadisə
21 oktyabr 2026 407 baxış
Xalq artistinin kürəkəni hansı əməldə ittiham olunur? - Cinayət işinin təfərrüatları - Baku TV

Xalq artistinin kürəkəni hansı əməldə ittiham olunur? - Cinayət işinin təfərrüatları - Baku TV

Hadisə
21 oktyabr 2026 407 baxış
Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə hansı ittihamla həbs edildi? - Baku TV CANLI

Ramiz Əzizbəylinin kürəkəni Rüfət Qasımzadə hansı ittihamla həbs edildi? - Baku TV CANLI

Hadisə
21 oktyabr 2026 407 baxış
İllərlə davam edən mübahisə | "Dedi ki, torpaq alıb icarəyə verək" - 114 minlik fırıldaq iddiası

İllərlə davam edən mübahisə | "Dedi ki, torpaq alıb icarəyə verək" - 114 minlik fırıldaq iddiası

Hadisə
21 oktyabr 2026 407 baxış
Seçilmişlər
icon